AFFA "Keşlə" və "Səbail"in futbolçularını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, iclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və 10-cu turun "Zirə"- Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
 
“Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.
 
“Zirə” – “Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right