Rüfət Dadaşov milliyə çağırıldı

Almaniya 3-cü Liqa təmsilçisi “Proyssen”in futbolçusu Rüfət Dadaşov növbəti dəfə Azərbaycan millisinə çağırılıb.
 
Newsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə görüşlər üçün 27 yaşlı hücumçuya dəvət göndərib.
 
Qeyd edək ki, millimiz noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək. Komandamız noyabrın 20-si isə Kosovonun qonağı olacaq.
 
Xatırladaq ki, R.Dadaşov bundan əvvəl UEFA Millətlər Liqasında oktyabrda keçirilən Farer adaları ilə səfər və Malta ilə ev oyununa çağırılmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right