“Arsenal”dan Azərbaycana jest - Foto

İngiltərənin “Arsenal” klubu ötən gecə İngiltərə Kuboku çərçivəsində üz-üzə gəldiyi “Blekpul”la qarşılaşma zamanı “Emirates” stadionunda ölkəmizdə fəaliyyət göstərən rəsmi-fan klubunun embleminin üzərində Azərbaycan bayrağı olan afişanı yerləşdirib. 

Newsport.az xəbər verir ki, bu barədə məlumatı modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. 

Xatırladaq ki, ölkəmizdə "Arsenal”ın rəsmi fan-klubu 2016-cı ildən fəaliyyətə başlayıb. Klub fan-klubun fəaliyyətini yaxından izləyir. Sıx əməkdaşlıq qurmaqda maraqlıdı.

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidi. Komandalar arasında oktyabrın 4-də Bakıda keçirilən ilk oyunda ingilislər qələbə qazanıb - 3:0. Cavab matçı dekabr 14-də Londonda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right