“Səbail”ə texniki məğlubiyyət verildi:Hakimləri təhqir edənlərin cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar da qəbul edilib:
 
Birinci divizionun 8-ci turunun “Neftçi-2” - “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
 
Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
“Neftçi-2” - “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydançada 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Lakin “Səbail-2” komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydançaya 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edir və “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verir.
 
Birinci divizionun 8-ci turunun “Zaqatala” - “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Turan Manafov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Birinci divizionun 8-ci turunun “Qaradağ Lökbatan” - “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılır, klub 400 manat cərimə olunur.
 
Birinci divizionun 8-ci turunun “Keşlə-2” - “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Ayhan Arazlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Brinci divizionun 8-ci turunun MOİK - “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Birinci divizionun 8-ci turunun “Sabah-2” - “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right