Ayılan Axundov (YAZI)

"Keşlə"nin keşməkeşli dönəmlərinin uzun çəkməsi, deyəsən, Zaur Axundovu bəzi məsələlərdən duyuq salıb.

Klubun Müşahidə Şurasının sədri postunu daşısa da, faktiki rəhbəri olan bu şəxsin futbol oliqarxiyasındakı nüfuzu  böyükdür. Bu, camiədəki hər kəsə bəllidir. Lakin o, özünü və klubu AFFA-nın baş katibi Elxan Məmmədovun idarə modelinə tabe edib.

Bu, Zaur Axundovun Elxan Məmmədov qarşısında acizliyi, bacarıqsızlığı deyil. Bu, Məmmədovun xüsusi istedadı/bacarığı da deyil. Sadəcə, Axundovun birlikdə olmalı olduğu qüvvələr elə Axundov kimidir - politik cəhətdən zəifdirlər. Buna görə də araları soyuqdur. Arada məsafə, soyuqluq olanda da məqsədli qüvvələr münasibətlərin daha da pisləşməsi üçün xəbər aparıb-gətirməyə münbit şərait qazanırlar.

Bu şəraiti "Kelşlə"də Axundov özü yaratmışdı - yanlış adamlara, hər informasiyaya inanmaqla.

Axundovun boşluğu ondadır ki, öz qərarı yoxdur. Fikrini daşındırmaq asandır. Ona özünü şirin satanların ovsunlarına  uyub onların istədiklərini "oynayır". Zamansa başqa şeylər diqtə edəcək...

Daim bildirmişik, "Keşlə" daha uğurlu klub ola bilər. Nəticələr indikindən xeyli yaxşı ola bilər. Sadəcə, Axundov doğru kollektiv formalaşdırsa...

Onun ətrafında olanlar Axundovun uğurlu olmamasında maraqlıdır. Onun nüfuzundan, futboldakı yuxarı dairələrə çıxışından istifadə edərək, istədiklərini gerçəkləşdirməkdə Axundovdan çox istifadə ediblər.

Artıq o mərhələ çatmışdı ki, Axundov "vurulmalıydı". Bununçün konkret planlar da hazır idi. Nüfuzu zədələnmiş halda futboldan kənarlaşdırılması hazırlanarkən Axundovu ayıldan qüvvələr tapıldı. Hər halda, ziyanın yarısından qayıtmaq da xeyirdir. Lakin mövqeləri xeyli boşa verən Axundovun konkret AFFA prezidenti Rövnəq Abdullayevin özünə qarşı rəğbətini zədələdiyi də məlumdur.

Bunu aradan qaldırmaq, futbol camiəsinin kulisində baş verən "oyunlardan" baş açmaqçün Axundovun yanında sırf onun inandığı və onun uğurunu istəyən strateqlər olmalıydı.

Tərlan Əhmədovun baş məşqçi təyin edilməsi komandanın uğurlu olub-olmayacağına hansısa iddia etməyə əsas vermir. Lakin bu təyinat göstərdi ki, Axundovun ətrafında "oyun" quranlar hələ bir müddət də kənarda qalmalı olacaqlar. Bu təyinat artıq tamam başqa xəttdir və bu xətt bəlkə də Axundova "oyan!" işarəsi verirdi.

Ayılan Axundov bundan sonra necə davranacaq? - Bu, təkcə "Keşlə"nin yox, ümumi ölkə futbolunun taleyinə əhəmiyyətli təsir eləyə biləcək məqamdır. Çünki o, həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür. Bu, çox mühüm məqamdır.

Prosesləri izləyənlər bizi izləsin...

Elçin Cəlilov/ futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right