Stuxlik azərbaycanlı hakimi cəzalandırdı: “Təyinat almayacaq”

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Qəbələ” oyununun (2:2) baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın Hakimlər Departamentinin (UEFA-nın Hakimlər Konvensiyasına əsasən, Hakimlər və Hakim-İnspektorlar Komitəsi birləşdirildiyi təqdirdə ümumi komitə Hakimlər Departamenti adlandırılır) sədri Fritz Stuxlik federasiyanın saytına açıqlama verib.
 
“Qafqazinfo” xəbər verir ki, avstriyalı komitə rəhbəri Orxan Məmmədovun bir müddət təyinat almayacağını bildirib:
 
“Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt” - “Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin, oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdır. Zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdır.
Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt” - “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq. Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar”.
“Sumqayıt” - “Qəbələ” matçının sonlarında gərgin anlar yaşanmışdı. “Qəbələ”nin iki futbolçusu - Rauf Əliyevlə Bəhlul Mustafazadə qırmızı vərəqə ilə cəzalandırılıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right