Rauf Əliyev qalmaqaldan danışdı: "Hisslərimi cilovlaya bilmədim"

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qəbələ" səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra "qırmızı-qaralar"ın hücumçusu Rauf Əliyev jurnalistlərə müsahibə verib. 29 yaşlı forvard öncə oyunla bağlı danışıb:
 
- Maraqlı oyun oldu. Erkən qollar buraxdıq. Hesabı bərarbərləşdirə bildik. Qələbə qolunu vurmaq şanslarımız da oldu.
 
- 0-2 hesabı ilə uduzduğunuz oyundan 1 xal qazanmağı qənaətbəxş sayırsan?
- Yuxarı yerlər üçün oynayırıqsa, bizim üçün yaxşı deyil. Amma sizin dediyiniz kimi yanaşsaq, qənaətbəxşdir.
 
- “Sumqayıt”ın oyuna yüksək tempdə başlaması sizi sarsıltmadı?
- Yüksəsk temp deməzdim, sadəcə, standart vəziyyətlərdən qollar vurdular. Buna görə də diqqətli olmalı idik. İlk hissədə bir qol vurmağımız işimizə yaradı. Udmaq şansımız da var idi. Sadəcə, istifadə edə bilmədik.
 
- Oyunun sonlarında gərgin anlar yaşandı. Ehtiyat oyunçular skamyasında əyləşsən də, sən də qırmızı vərəqə alaraq, meydanı tərk etdin.
- Dördüncü hakim – Ramil Əhmədova dedim ki, Bəhlul Mustafazadəyə verilən vərəqə yanlışdır. Həmin epizodda başqa oyunçu idi və vərəqə yanlış göstərilib. Əhmədov da mənə bildirdi ki, mənimlə niyə qışqıra-qışqıra danışırsan? Buna görə də baş hakim Orxan Məmmədov məni cəzalandırdı. Mən başa düşmürəm ki, o, niyə belə qərar qəbul etdi? Vəziyyəti anlamağa çalışırdım. Mənim dediklərimi necə anladığını başa düşmədim.
 
- Hakimi təhqir etdin?
- Vərəqədən əvvəl söyüş söyməmişəm. Hakim bildirirdi ki, Rauf mənimlə qışqıra-qışqıra danışır. 
 
- Amma qırmızı vərəqədən sonra deyəsən, nalayiq sözlər işlətdin.
- İkinci sarı vərəqədən sonra hisslərimi cilovlaya bilmədim. Orada qaydanı pozan Bəhlul deyildi. Səhv etmirsəmsə, Stankoviç idi. Adamı yandıran odur ki, axı mənə niyə ikinci sarı vərəqəni verirsən?




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right