Elşad Əhmədov: "Qələbəni Deviçə həsr edirik"

"Danışmaq çətindi. İkinci hissədə çox zəif oynadıq. Bəxtimiz gətirdi. Rəqib fasilədən sonra gözlədiyimizdən də sürətli oynadı. Tamamilə müdafiəyə oturmuşduq. Uşaqlar sağ olsunlar ki, xarakter göstərib, əlavə dəqiqələrdə qol vura bildilər".

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının IX turunda evdə "Zirə"yə 2-1 hesabı ilə qalib gələn "Sabah" klubunun baş məşqçisi Elşad Əhmədov deyib. Təcrübəli mütəxəssis qalib gəldikləri oyunu şərh edib: "Komadanın psixoloji durumu belədi ki, qol vurandan sonra arxadan oynaırıq. Sanki qol buraxmaqdan çəkinirik, bir qorxu olur. Bu gün də eyni hal baş verdi. Sevinirik ki, son dəqiqələrdə qələbə qolunu vura bildik".

Əhmədov qələbəni zədə səbəbindən oyunu buraxan və bu gün doğum gününü qeyd edən bombardir Marko Deviçə həsr etdiklərini deyib: "Bu gün Markonun ad günüdü. Qələbəni ona həsr edirik. Deviçdən başqa da qol vuran futbolçularımız var. Fikirləşirdik ki, Cavid, Vitali vurar. Bu gün Məqsəd İsayev də fərqləndi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right