“Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunda maliyyə problemləri davam edir.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Vorskla"nın 32 yaşlı qapıçısı Boqdan Şust açıqlamasında deyib:

"Arsenal"la Avropa Liqasının ilk turundakı oyundan əvvəl klub bizə 5 aylıq borcları ödədi. Daha sonra başqa ödəniş olmadı. Klubun hələ də futbolçulara borcu var. İndi isə klubun prezidenti və vitse-prezident paltardəyişmə otağına gəlib bizə vəziyyətin sabit olduğunu, qalan borcların da tezliklə ödəniləcəyini dedi.

Avropa Liqasında iştirak qarşılığında klubumuz müəyyən qədər vəsait qazanıb. Amma bizim bütün borclarımız ödənilməyib".

"Qarabağ" Avroliqanın E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə mübarizə aparır. 

Bakı Olimpiya Stadionunda oktyabrın 25-də keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də start götürəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right