"Son qələbədən sonra daha çox azarkeş gələcək" - Maksim Medvedev

"Ağır səfərdən qayıtmışıq, yolumuz uzaq idi. Vacib qələbə qazanmışıq. Malta ilə görüş daha vacib olacaq. İnanıram ki, sabah meydanda uğurlu çıxış edəcək və lazım olan qələbəni qazanacağıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasında Maltaya qarşı keçirəcəkləri oyundan öncə deyib.  

Təcrübəli futbolçu azarkeşlərin stadiondan komandamıza dəstək verəcəyinə inandığını bildirib: "İstərdik ki, azarkeşlərin sayı çox olsun. İnanıram ki, son qələbədən sonra daha çox fanat gələcək. İstərdik ki, doğma meydanda da azarkeşlərimizi sevindirək. Nə qədər çox gəlsələr, bizim üçün o qədər yaxşı olar.

Qeyd edək ki, Azərbaycan - Malta oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right