“Qəbələ” “Səbail”lə oyuna 5 əskiklə çıxacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2-ci dövrəsinə hazırlığını davam etdirir.

Newsport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərə Qəbələdə start verən “qırmızı-qaralar” bu gün Bakıya gəlib. Bölgə təmsilçisi baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Meydanda baş tutan məşq prosesi toplu çalışmalardan ibarət olub.

“Qəbələ” oktyabrın 13-də yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən kollektiv Premyer Liqanın digər təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Görüş “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. Yoxlama matçının start fiti saat 16:00-da veriləcək.

Xatırladaq ki, milli komandalara çağırılan futbolçular “qırmızı-qaralar”ın hazırlıq prosesində iştirak etmir. Bunlar Azərbaycan millisinin düşərgəsində olan Təmkin Xəlilzadə, Ürfan Abbasov, U-21-ə çağırılan Amin Seydiyevlə Bəhlul Mustafazadə, həmçinin Toqo yığmasında olan Lalavele Atakoradı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right