“Prosineçki bizə kömək edir” - Rəşad Sadıqov

Azərbaycanın U-21 yığması bu ilin noyabrında yoldaşlıq görüşü keçirəcək. Newsport.az xəbər verir ki, bu haqda yığmamızın baş məşqçisi Rəşad Sadıqov bu gün keçirdiyi brifinqdə bildirib. 

Sadıqov Bakıda keçirilməsi nəzərdə tutulan həmin matçda növbəti seçmə mərhələdə çıxış edəcək futbolçulardan təşkil olunacaq U-21-in oynayacağını söyləyib: "Ukrayna yığması ilə Bakıda qarşılaşmamız olacaq. Bu yaş qrupu 2 ay əvvəl Avropa çempionatının yarımfinalında uduzub. Onlarla oyunu danışmışıq, çox güclü komandadı. Bizdə olduğu kimi, onlarda da 1999-cu il təvəllüdlülərdən ibarət komanda olacaq. İki eyni yaş qrupu oynayacaq. Maksimum çalışıram ki, yoldaşlıq görüşünə rəqib üçün belə komandayla danışım".

Gənc mütəxəssis daha bir güclü yığmayla oynamağı planlaşdırsalar da, sonradan bunu ləğv etdiklərini diqqətə çatdırıb: "Güclü yığmalarla danışıqlar gedirdi. Hamısı dedi ki, bəlkə dekabrdakı püşkü gözləyək. Bir qrupa düşməyəcəyiksə, oynayaq. Məsələn, Serbiya, Bosniya və Herseqovina, Xorvatiya ilə danışıqlarımız gedir. Sağ olsun, bunda bizə millimizin sabiq baş məşqçisi Robert Prosineçki də kömək edir. O, şəxsi əlaqələrindən istifadə edir. İstəyirəm ki, növbəti seçmə mərhələyədək yaxşı bir qrafik cızaq, bizdə yaxşı oyun proqramı olsun. Sadəcə, qalır futbolçuların klublarda oynaması ki, bu, mənim üçün çox önəmli olacaq".

Qeyd edək ki, U-21 bu seçmə mərhələ son matçını oktyabrın 16-da səfərdə Norveçlə keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right