Farer adalarının kapitanı: "Azərbaycan millisindən çox hücum etdik"

"Belə hesabla uduzduğumuz üçün məyusuq. Bu oyunu unutmalı, Kosovo ilə matçı düşünməliyik".

Newsport.az  xəbər verir ki, bu sözləri Millətlər Liqasının qrup mərhələsinin 3-cü qrupunda millimizə evdə 0-3 hesabı ilə uduzan Farer adalarının kapitanı Atli Qreqersen deyib. 36 yaşlı futbolçu təcrübə baxlmlndan millimizə yenildiklərini deyib: "Biz heç də pis oynamadıq. Rəqibdən çox hücum etdik. Amma təcrübə öz sözünü dedi. Azərbaycanlı futbolçuların oyun praktikasından çətinlikləri yoxdur. Ancaq bizdə belı deyil. Qrupdan çıxmaq üçün az da olsa, şanslarımız qalır. Kosovo ilə matçı düşünməliyik".

Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right