“Azərbaycanda klub prezidentləri heç nə soruşmadan paltardəyişmə otağına girirlər”

"Sumqayıt"ın hücumçusu Atilla Yıldırım Hollandiya mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, türkiyəli forvard "Sumqayıt"a gəlişi barədə danışıb: "Sumqayıt" yalnız yerli futbolçular alır. Əcnəbilər isə yalnız Azərbaycana bağlı olmalıdır. Ancaq mən istisnayam. Türkiyə və Azərbaycan bir-birlərinə yaxın ölkədir. Mənim əslim Sivas şəhərindəndir. Köküm isə daha çox azərbaycanlıların yaşadığı Qarsdandır. Buna görə də mənimlə müqavilə imzalamağa razılıq verdi. Bolqarıstan və Rumıniyadan konkret təkliflər yox idi. Buna görə də Azərbaycandan gələn təklifi düşündüm. Bu komandaya təcili hücumçu lazım idi. Mən də gəldim".

27 yaşlı forvard “Qarabağ”la keçirdikləri oyundan danışıb: “Qarabağ”la oyunda hakim 2-3 penaltimizi vermədi. Həqiqətən də pis oyun idi. Belə şeyləri görəndə düşünürsən ki, bu nədi? Azərbaycanda hələ ki, VAR yoxdu".

7 il Türkiyənin müxtəlif klublarında oynayan Atilla bir daha bu ölkədə çıxış etməyəcəyini bildirib: “Türkiyədə yaşadıqlarımdan kitab yaza bilərəm. Orada ekstremal hadisələr yaşamışam. Ona görə də indi heç nədən qorxmuram. “Sumqayıt”da dəhşətli nələrəsə şahid olmamışam. Amma digər klubların prezidentləri heç nə soruşmadan paltardəyişmə otağına girirlər. Türkiyə çempionatına qayıtmayacağımı özümə söz vermişəm. Buna gənc yaşlarımda qərar verməli idim. Buna görə də qəzəbliyəm”.

Qeyd edək ki, Atilla Yıldırım "MMV-Maastrixt" (29 oyun, 8 qol), "Utrext" (2 oyun, 1 qol), "Kasımpaşa" (18 oyun, 4 qol), "Konyaspor" (20 oyun, 1 qol), "Bucaspor" (17 oyun 1 qol), "Şanlıurfaspor" (7 oyun, 2 qol), "Elazığspor" (8 oyun, 1 qol), "Kocaeli Birlikspor" (12 oyun), "Sivas Belediyespor" (30 oyun, 11 qol) və "Nazilli Belediyespor" (18 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right