“İnanıram ki, Azərbaycan yığmasına qalib gələcəyik”

UEFA Millətlər Liqasında sabah Azərbaycan yığması ilə qarşılaşacaq Farer adaları millisinin baş məşqçisi Lars Olsen ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis sabahkı matçda qalib gələ biləcəklərini deyib:

“Maltanı 3:1 hesabı ilə məğlub etməklə, ev oyunlarında yaxşı mübarizə apardığımızı gördük. Sabah Azərbaycana qarşı da doğma meydanda mübarizə aparacağıq. İnanıram ki, onlara qalib gələcəyik. Rəqibin səviyyəli futbolçuları olsa da, oyunçularım bu görüşə istər fiziki, istərsə də psixoloji olaraq yaxşı hazırlaşıb”.

Farer adaları - Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right