"Rəqibə göstərdik ki, biz "Neftçi"yik" – Slavko Braliç

“Çox sevinirəm ki, gözəl qələbə qazandıq. Öz gücümüzü göstərməyi bacardıq. Rəqibə göstərdik ki, biz “Neftçi”yik və layiq olduğumuz 3 xalı qazandıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin futbolçusu Slavko Braliç Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, çempionluq mübarizəsində təkcə “Qarabağ”ı yox, bütün rəqibləri düşünməli olduqlarını söyləyib:

“Əgər liderliyimizi davam etdirmək istəyiriksə, təkcə “Qarabağ”ı yox, bütün rəqibləri fikirləşməliyik. Təkcə “Qarabağ”ı düşünsək, bizim işimiz alınmaz”.

Xorvatiyalı futbolçu qırmızı vərəqə almasına da münasibət bildirib: “Oyun təcrübəmin az olması ilə bağlı sizinlə razıyam. Daha çox meydanda olsam, bu düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.

25 yaşlı müdafiəçi “Neftçi”dən ayrılmağı düşünmədiyini bildirib: “Mən qışda komandamı dəyişmək haqda heç vaxt düşünməmişəm. Əksinə, oyunlarda, məşqlərdə çalışıram ki, məşqçinin rəğbətini qazanım və əsas heyətdə özümə yer tapım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right