"Hardasa uduzmalı idik" Nazim Süleymanov

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
 
Newsport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
 
“Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Rəqibi təbrik etmək lazımdı. Qələbə həmişə yaxşıdı, məğlubiyyət isə həmişə pis. "Səbail" hələ penaltini də vura bilmədi. Əsas oyun yox, 3 xaldı. Komanda hardasa uduzmalı idi. Təəssüflər olsun ki, belə nəticə oldu. Ancaq futbolda belə şeylər olur. İlk 6 oyunda nəticə pis deyildi. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodlarımız oldu”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right