Qurban Qurbanov: “Böyümək üçün belə məğlubiyyətlər lazım olur”

 “Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ağdam təmsilçisi Avropa Liqasının II turunda öz meydanında İngiltərənin “Arsenal” klubuna məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu”.

- “Qarabağ” ilk dəfə idi belə pressinq edirdi. Bu əvvəldən verilmiş tapşırıq idi, yoxsa oyunun gedişində belə qərar verdiniz?

-Düşünülmüş idi. Açığı deyim ki, Emeri son vaxtlar 3 mərkəz müdafiəçisi ilə oynamırdı. Fərqli hazırlaşmışdıq. Ancaq rəqibin sistemini görəndə, bizim üçün təəccüblü oldu. Son anda rəqibin oyununu analiz etdik. Düşünürəm ki, futbolçularım hər şeyi düzgün etdilər. Azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right