"Zirə"nin futbolçusu üçün il bitdi

Premyer Liqanın 6-cı turunun “Sumqayıt”la oyununda (0:1) zədələnən “Zirə”nin yarımmüdafiəçisi Vüqar Mustafayevin durumuna aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görə, ayağından zəda alan futbolçu təxminən 2 ay oynaya bilməyəcək. Bu isə o deməkdir ki, Vüqar bir də 2019-cu ildə - yəni, çempionatın 3-cü dövrəsində meydana çıxa biləcək.

Qeyd edək ki, “Zirə” 1-ci dövrənin son turunda sabah “Qəbələ” ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right