"Biz bir futbolçudan aslı deyilik" - Elşad Əhmədov

Azərbaycan Premyer Liqasında VI turunda “Qarabağ” səfərdə “Sabah”a 2:0 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Elşad Əhmədov oyunla bağlı fikirlərini bölüşüb:

- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstündülər. Biz də bacardığımız qədər vuruşduq. Futbolçuların ən azı bir xallıq əziyyətləri vardı. Futbolçularımdan razıyam.

- “Sumqayıt”a 1:4 məğlub olduğunu oyun daha ağır idi, yoxsa bu?

- Hər iki komanda arasında fərq var. Əsas odur ki, “Qarabağ” ilk qolu vuranda çox sevinməyi məni təəccübləndirdi. Demək ki, 3 xalı itirdiyinə görə qorxurdular.

- Görünür ki, komanda bir futbolçudan aslıdı. Deviçin oyunu alınmayanda komandada da alınmır. Əsasən də komanda müdafiə olunur.

- Deviç komanda yoldaşlarından daha təcrübəlidi. Amma biz bir futbolçudan aslı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.

- Komandanız bir xeyli adlı-sanlı komandadan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?

- Məqsədimiz Premyer Liqada qalmaqdı. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdu. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right