"Sumqayıt" "Zirə" önünə itkiylə çıxacaq

“Sumqayıt” Premyer Liqanın VI turunda evdə "Zirə"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına göə, bu oyunda mehdan sahiblərinin yarımmüdafiəçisi Elvin Məmmədov sabiq klubuna qarşı oynamayacaq. Ötən tur "Keşlə" ilə oyunda Sərtan Taşqınla toqquşan Atilla Yılmaz bu matça hazırdır.

"Zirə"də isə İlkin Qırtımov məşqlərə başlayıb. Cəzasını başa vuran Vüqar Mustafayev də sözügedən oyunda hazırdır.

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 30-u, saat 20:00-da "Bayıl Arena"da baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right