Con Delarj: "Bursaspor"da maliyyə problemlərinə görə oynamaq istəmirdim"

"Bizim üçün ağır oyun oldu. “Sportinq”lə oyundan sonra qələbə qazanmaq vacib idi. Bu qələbə motivasiya baxımdan çox önəmli oldu".

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ"yə 4-1 hesabı ilə qalib gəldikləri oyundan sonra "Qarabağ"ın futbolçusu Con Delarj deyib. Matçda 1 qol vuran konqolu futbolçu öz oyunu barədə danışıb: "Uzun müddət idi oynamırdım. Tam formaya düşmək üçün müəyyən vaxt lazım olur. Yavaş-yavaş qalxıram. Avropa Liqasında oynamamağıma gəlincə, bu, baş məşqçinin verdiyi qərardır. Heyətimizdə 25 futbolçu var. Bu oyun oynamadım, gələn qarşılaşamada baş məşqçi mənə şans verər".

Delarj Türkiyə mətbuatı intizamsız və gecə həyatına üstünlük verən futbolçu kimi təqdim olunması barədə bunları deyib: "Bunu Türkiyə yox, “Bursaspor” mətbuatı yaymışdı. Bu da məqsədli şəkildə olmuşdu. Keçmiş komandama hörmət edirəm. Amma belə məlumat yazmaq doğru deyil. Həmin vaxt 16 futbolçu klubdan ayrıldı. Maliyyə problemi hökm sürürdü. Gecə həyatı yaşamağım isə boş söhbətdir. Bunlar tamamilə uydurmadır".

28 yaşlı forvard “Bursaspor”un prezidenti Ali Ayın onun transferində ziyana düşmələri barədə açıqlamasına da münasibət bildirib: "16 nəfər komandadan göndərildi. Məşqlərə qatılmırdım, çünki 5-6 ay maaş almırdım. Göndərilən 16 futbolçudan çoxu danışmırdı, amma mən deyirdim. Haqqım olduğu üçün pulumu istəyirdim. İndi də 5 min borcları qalıb. Maliyyə probleminə görə oynamaq istəmirdim. Hazırda onları düşünmürəm. “Bursaspor” 1 oyunda qalib gəlib, amma mən “Qarabağ”da Premyer Liqada 3 matçda qalib gəlmişəm. Şəxsi həyatımdan yazırlar. Hansı şəxsi həyat? 6 oyuna 4 xal qazanıblar. “Bursaspor”a ancaq TV-dən baxıram. Fikrim yalnız “Qarabağ”dadır. Mənim barəmdə yalandan yazmışdılar".

 Konqo millisinin üzvü Azərbaycan futbolu barədə fikirlərini bölüşüb: "Türkiyədəki kimi 18 klub mübarizə aparmasa da, yaxşı səviyyədədir. Əgər bir ölkənin komandası Avropa Liqasının qrupunda çıxış edirsə, deməli, yaxşıdır. Bəzi stadionların ot örtüyü sünidir, amma çox deyil. Çempionatın səviyyəsi normaldır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right