"Qəbələ" uduzdu, "Neftçi" qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 4-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqamızın debütantı "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. Komandaların turnir cədvələində qonşu pillələrdə qərarlaşması oyunun gərgin keçəcəyindən xəbər verirdi. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Günün digər matında isə "Nefçti" evdə "Keşlə" ilə qarşılaşıb. Meydan sahibləri 3 turdan sonra lider, qonaqlar isə autsayder idi. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


16 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası

IV tur


21:00. "Neftçi” - "Keşlə” - 2:0 
Qollar: 
Anton Krivotsyuk, 88, Baqali Dabo, 90+3
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
"Bakcell Arena”

 

19:00. "Sabah” - "Qəbələ” - 1:0
Qol: 
Marko Deviç, 23
Qırmızı vərəqə: Məqsəd İsayev, 76 ("Sabah")
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right