Əzizovun komandası PSV ilə “sülh bağladı”

Futbol üzrə Hollandiya 1-ci divizionunda 5-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun yeni komandası “Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 4:4.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Neymegen” 5 turdan sonra 11 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right