Kosovo millisinin baş məşqçisi: “Çox gözəl oyun olmadı”

“Bu nəticədən narazı deyiləm. Azərbaycan yaxşı və təhlükəli komandadır.  Ona görə də 1 xaldan narazı olmamalıyıq”. Newsport.az saytının məlumatına görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib. 

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda səfərdə millimizlə qarşılaşıb və heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Biz komanda şəkilində yaxşı müdafiə olunduq. Azərbaycanın heyətində yaxşı futbolçular var. Xüsusən də Riçard Almeydanın adını çəkmək lazımdır, o, çox ağıllı və təhlükəlidir. Komandamın hücum xəttindən narazıyam. Topu çox gecikdirdik, uzun ötürmələrdən istifadə edə bilmədi. Lakin bundan daha yaxşı çıxış edə bilərdik”.

- Oyun rəsmi matçdan çox, yoldaşlıq qarşılaşmasına bənzəyirdi. Bunun səbəbi nə idi?

- Yox, bu fikirlə razı deyiləm. Biz rəsmi matça çıxmışdıq və hər iki komanda yaxşı mübarizə apardı. Əgər belə düşünsək, hər iki komandaya hörmətsizlik etmiş olarıq.

- Komanda son oyunlarda daha çox hücumameyilli futbol sərgiləyirdi. Ancaq bu gün müdafiə xəttinə diqqət yetirdiniz. Sanki Azərbaycana  1 xal üçün gəlmişdiniz.

- Haqlısınız. Biz daha çox topla oynamalıydıq. Lakin rəqib buna imkan vermədi. Dediyim kimi, rəqib güclü idi və ötürmələrdən daha yaxşı istifadə edirdi.

- Sanki nəticədən narazısınız.

- Bəli, Azərbaycan gücü komandadır.  Bakı səfərindən 1 xalla qayıtmaq yaxşı nəticədir. Ola bilər ki, nəticə rəqibin baş məşqçisini narazı salsın.  Ancaq bizim də qol vurmaq üçün çox yaxşı imkanlarımız oldu.  Məncə, hər iki komanda eynisəviyyəli futbol sərgilədi . Bilirəm ki, çox gözəl oyun olmadı.  Bəzən 1 xal üçün də oynamaq lazımdır.  Səfərdə 1 xal yaxşı nəticədir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right