“Qəbələ” də əla klubdur, amma “Qarabağ”... Filip Ozobiç

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az xəbər verir ki, “Sportske Novosti”yə müsahibəsində Ozobiç Avropa Liqasının Bakıda keçirilən pley-off matçında “Şerif”in qapısına vurduğu qol haqda da danışıb:

- Topu Antun Paliçin ayaqlarının arasından keçirdikdən sonra zərbə vurmaq barədə düşündüm. Üzərimə gələnlərə fikir vermədim və topu qapıya yolladım. Bununla da, hesab 3:0 oldu və qrupa vəsiqə qazanmağımız rəsmiləşdi. “Şerif” yaxşı komandadır, amma növbəti mərhələyə adlamağa biz layiq idik.

- Bu, ilk belə zərbən deyildi. İki il əvvəl “Qəbələ”nin heyətində Fransanın “Lill” komandasının qapısına da bu cür qol vurub, klubunun Avropa Liqasının qrupuna düşməsinə kömək etmişdin.
- Bəli, elədir və bunun sonuncu olmayacağına ümid edirəm. Azərbaycan çempionatında bu cür qollarım olub. Bunların sayı daha çox olsa, pis olmaz (gülür).

- Niyə məhz “Qarabağ”ı seçdin?
- “Qarabağ” son 5 mövsümün çempionudur. “Qəbələ” də əla klubdur, amma “Qarabağ” daha sabitdir, hər şey yüksək səviyyədə təşkil olunub. “Qəbələ” ilə müqaviləmin müddəti bitmişdi. Onlar qalmağımı istəyirdilər. Amma mənə daha yaxşı şərtlər təklif olunmuşdu deyə, bu cür qərar qəbul etdim.

- Çindən də təklif almışdın?
- Bəli, təklif almışam. Məni transfer etmək istəyirdilər.

- Bu transferdən sonra “Qəbələ”nin stadionuna rahat gedə bilərsən?
- Onlar başqa kluba keçidimə görə kədərləndilər. Amma bu, peşəkar futboldur. Qəbələyə gedə bilərəm, ancaq hələ orda oyunumuz olmayıb.

- Avropa Liqasındakı qrupunuzu necə dəyərləndirirsən?
- Çətin qrupa düşmüşük. “Arsenal” və “Sportinq” aparıcı liqa komandalarıdır. “Vorskla” isə nisbətən zəifdir. “Qarabağ” yoluna davam etmək istəyir. Maksimum dərəcədə xal qazanmaq üçün oynamalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right