"3 oyuna 7 xal uğurlu nəticədir" - Səlahət Ağayev

“Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Mövsümün startını necə dəyərləndirmək olar?

- Yaxşı başlamışıq. 3 oyuna 7 xal uğurlu nəticədi. "Sumqayıt”, "Qəbələ” və "Qarabağ” kimi rəqiblərdən ümumi hesabda 7 xal almağımızı qənaətbəxş saymaq olar.

- Bu 3 oyunda 2 qol buraxmısan. Yəqin ki, bu göstəricidən də razısan?

- Normal göstəricidi. Buraxılan qollardan lazım olan dərsləri almalıyıq.

- Azarkeşləri"Qarabağ”la səfər heç-heçəsini 2 xal itkisi kimi qiymətləndirirlər. Sən də onlarla eyni fikirdəsən?

- "Neftçi”nin azarkeşlərini çox yaxşı başa düşürəm. Bizim klubu digərlərindən fərqləndirən amillərdən biri məhz həmişə maksimum nəticə tələb edən azarkeşlərdir. Bütün klublara hörmətlə yanaşıram, amma bizim fanatlarımız hər zaman yanımızdadı. Bunu "Azərsun Arena”da da hiss etdim. Qələbə qazana bilərdik. Çünki kifayət qədər qol şanslarımız var idi. Hətta buraxılan qoldan sonra da oyunun taleyini dəyişmək üçün imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Digər tərəfdən, rəqibin də bir neçə epizodu var idi. Məncə, heç-heçə ədalətli nəticədi.

- Rəşad Əzizli və Kamran İbrahimovla rəqabəti necə dəyərləndirirsən?

- Həm Rəşad, həm də Kamran əla qapıçılardır. Rəqabətin hər birimizə faydası var. Bəli, meydana yalnız birimiz çıxa bilər. Buna baxmayaraq, hər üçümüzün arasında münasibət çox yaxşıdı. Biz yoldaşıq, dostuq. Eyni işi görürük. Əsas odu ki, komanda qalib gəlsin.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right