"Sumqayıt"ın yalanı - Azərbaycan əsilli kimi təqdim olunan hücumçu haralıdır?

"Sumqayıt" son olaraq, Hollandiyanın "MMV-Maastrixt" klubunda çıxış etmiş hücumçu Atilla Yıldırımla müqavilə imzalayıb və onu icitmaiyyətə Azərbaycan əsilli kimi təqdim edib.

Ancaq araşdırmalar əsas verir ki, Atillanın Azərbaycanla bağlılığı yoxdur. Yıldırım Almaniyanın Baden-Vyortemberq əyalətinin Bad-Merqenthaim şəhərində türk ailəsində dünyaya göz açıb.

Atilla karyerasına da Almaniyada başlayıb. Həvəskar çempionatlarda çıxış edən futbolçu skautların diqqətini çəkə bilmişdi. Hollandiyada bir neçə klubun akademiyasında olan Atilla "Utrext"də peşəkar karyeraya başlayıb. Yıldırım 2011-ci ildə Eredviziyada "Venlo" ilə matçda debüt edib və qol vurub.

2011-ci ildə Türkiyənin "Kasımpaşa" klubuna transfer olan hücumçu karyerasını uzun müddət burada davam etdirib.

27 yaşlı forvardın ailəsi əslən Türkiyənin Sivas şəhərindəndir. O, 2015-ci ildə bu şəhərin "Sivas Bələdiyyəspor" klubunda da çıxış edib.

Futbolçunun məlumatlarında Azərbaycan kökənli olmasıyla bağlı heç bir məlumat yoxdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right