“Neftçi”dən daha yaxşı oynadıq” - “Qəbələ”nin legioneri

“Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyi Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib.

Newsport.az-ın məlumatına görə, nigeriyalı futbolçu əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb.
 

- Çox vacib oyun idi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə də göstərdi ki, oyunda üstün tərəf biz idik. Ancaq əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Bir az da bəxtimiz gətirmədi.

- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Oyuna istədiyimiz kimi başlaya bilmədik. İlk dəqiqələrdə komandada sanki bir qədər həyəcan var idi. Tez-tez səhvlərə yol verirdik. Ancaq irəliləyən dəqiqələrdə öz oyunumuzu tədricən tapa bildik. İkinci hissədə isə rəqibdən daha yaxşı oynadıq. Hətta bir neçə 100 faizli qol imkanı da yaxaladıq. Təəssüf ki, dəyərləndirə bilmədik. Düşünürəm ki, məğlubiyyətə əsas səbəb qolla nəticələnən iki səhv və fürsətlərdən yararlana bilməməyimiz oldu.

- Komanda yoldaşınız Təmkin Xəlilzadə bildirdi ki, “Neftçi” 55-ci dəqiqədən sonra sanki meydanda yox idi. Bu fikirlərlə razısınız?
- Bu, futboldur. Səhv edən komanda uduzmalıdır. Düzdür, biz rəqibdən pis oynamadıq. Amma nəticədə onlar qələbə qazandılar. Məncə, əsas olan 3 xaldır.

- Artıq Azərbaycan çempionatında 2 oyun keçirmisiniz. “Qəbələ” və futbolumuz haqda hansı fikirdəsiniz?
- Əvvəlcə onu deyim ki, çempionatınızda rəqabət var. Burada kifayət qədər yaxşı futbolçular çıxış edir. Sadəcə, azarkeş problemi var. İnsanlar stadionlara gəlmirlər. Bunu nəzərə almasaq, Azərbaycan çempionatının yaxşı olduğunu deyə bilərəm. Ümid edirəm ki, bu mövsümdə mən də yaxı çıxış edib, komandama kömək edərəm.

- “Qəbələ”yə “Skenderbeu”dan gəlmisiniz. Albaniya və Azərbaycan futbolunu necə müqayisə edərdiniz?
- Təxminən hər iki ölkənin futbolu eyni səviyyədədir. Albaniya çempionatı da rəqabətli keçir. Hər iki ölkədə futbolun səviyyəsi yaxşıdır. Elə ciddi fərq yoxdur. Albaniya ilə müqayisədə Azərbaycan çempionatı bir az irəlidədir.

 Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right