"Üzücü məğlubiyyət oldu" - Sənan Qurbanov

“Bizim üçün üzücü məğlubiyyət oldu. Kobud səhvlər etdik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının II turunda səfərdə “Neftçi”yə məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “İlk hissədə oyunumuz alınmadı, rəqib bundan istifadə etdi. İkinci hissədə yetərincə qol imkanlarımız oldu. Yenə deyirəm, kobud səhvlərdən qollar buraxdıq. Növbəti oyunlarda əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq”.

- “Qəbələ” bu oyuna ənənəvi heyətlə çıxmışdı. İlk oyundakı heyəti dəyişmək mümkün deyildi?

- Əlimizdə nə imkan varsa, maksimum, bacardığımız qədər ondan istifadə etməyə çalışırıq. Gələcək oyunlarda da bu futbolçularla mübarizə aparacağıq.

- Monroz sanki oyuna hazır deyildi. Bu fikirlə razısınız?

- Monroz zədəli idi, dünən komanda ilə məşqlərə başlayıb. Deməzdim ki, passiv idi. Amma sizinlə razı deyiləm, hücumçu kimi özünü göstərə bildi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right