Mladen Milinkoviç: 55-ci legioner, 4-cü serbiyalı

Premyer Liqasının I turunun “Keşlə” – “Sabah” qarşılaşması (0:1) daha bir legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb. O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right