"Hələ kubokda 14 iştirakçının olmağı da sual altındadı" Ramin Musayev

Azərbaycan kubokunda 1/16 final mərhələsinin ləğv edilməsinin səbəbi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Təşkilatçı qurumun rəhbəri bildirib ki, komanda sayı az olduğu üçün yarışa 1/8 final mərhələsindən başlamağa məcbur olublar: "İndiki durumda turnirin qrup mərhələsi formatında təşkili də uyğun deyil. Cəmi 14 komanda olacaq - Premyer Liqadan 8, I diviziondan isə 6 kollektiv. Əvəzedici komandaları yarışa buraxa bilmərik. Çox istəyirdik ki, yenilik edək. Amma ortada olan budur. Say azlığı işimizə çətinə salır. Hələ kubokda 14 iştirakçının olmağı, yəni I divizondan 6 komandanın gəlməsi sual altındadır”.

Musayev Azərbaycan kuboku üçün sponsor axtardıqlarını da deyib. O, hazırda bununla bağlı danışıqların getdiyini söyləyib: “Söz verən var, amma dəqiq bir şey yoxdur”.

Qeyd edək ki, Azərbaycan Kubokuna dekabrın 6-da start veriləcək. Final matçı isə mayın 19-da keçiriləcək.

Report





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right