Millimizin üzvünün paytaxt klubuna keçidi baş tutmadı

Milli komandamızın üzvü Elvin Yunuszadənin klubsuz günləri davam edir.  

Newsport.az-ın məlumatına görə, mərkəz müdafiəçisinin "Keşlə"yə keçidi gündəmdə olsa da, son anda razılıq əldə olunmayıb. 

Onun sabiq klubu "Neftçi" ilə danışıqlar apardığı deyilsə də, bu məsələ həqiqəti əks etdirmir. Düzdü, "Neftçi" Ruslan Abışovun zədələnməsindən sonra müdafiəçi axtarışına çıxıb.  Ancaq Elvin Yunuszadə bakılıların planlarına daxil deyil. 

Qeyd edək ki, Elvin Yunuszadənin son klubu "Qarabağ" olub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right