Ramin Musayev: "Klublarımız avrokuboklara qışda hazırlaşmalı idilər"

“Ötən ilki çempionatın sonu maraqlı keçsə də, nəticələrdən razı qalmadım. Bu, futboldu, istənilən nəticə ola bilər”. 

Newsport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının püşkatma mərasimindən öncə deyib. 

O, klubların Avropa Liqasında mərhələni dayandırmasından narazı olduğunu deyib: “Klublarımız avrokuboklara qışda hazırlaşmalı idilər. Yayda klublarımızda ciddi dəyişikliklər oldu və bu, təsir etdi. Biz öz tərəfimizdən çalışırıq ki, çempionatımızda haqq-ədalət olsun. Mənə elə gəlir ki, qlobal problemimiz olmayıb, bundan sonra da olmayacaq”. 

Ramin Musayev əvəzedicilərin çempionatının və birinci divizionun birləşməsinə münasibət bildirib: “Reqlamentimizdə elə də dəyişiklik yoxdur. Birinci diviziondakı vəziyyəti nəzərə alaraq, çempionatları birləşdirdik. Ola bilər ki, bu, bəzi insanlara xoş gəlməyib. İnanıram ki, yeni sistemimiz özünü döğruldacaq. Bu, gənc futbolçuların inkişafı üçün vacibdir. Qurban Qurbanova milli ilə bağlı sual verəndə, deyir ki, bildiyiniz vəziyyəti niyə soruşursunuz. Ruslan Abışov zədələndi, ola bilər ki, Rəşad Sadıqov milliyə qayıtsın. Gənc futbolçuların inkişafı üçün çalışırıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right