"Zirə" "Osmanlıspor"la qarşılaşacaq

Boluda təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxacaq. 

Newsport.az-ın məlumatına görə, "qartallar" Türkiyənin "Osmanlıspor" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:z 00-da start götürəcək. 

Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Qətərin "Əl-Xaritiyah" klubu ilə 1:1, Türkiyənin "Girəsunspor" klubu ilə isə 0:0 hesablı heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right