Ozobiç: "Cütün qalibi olacağımıza inanıram"

“Səfər oyunu olduğu üçün nəticəni qənaətbəxş adlandırmaq olar”. Bu sözləri newsport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib. 

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Albaniyanın “Kukesi” klubuna qarşı keçirdikləri matçı dəyərləndirib: “Bizi qarşıda ikinci oyun gözləyir. Bu matça daha yaxşı hazırlaşmalıyıq, qələbə qazanmaq üçün maksimum güc sərf etməliyik. Komanda olaraq bunu bacaracağımıza əminik. İkinci qarşılaşmada azarkeşlərimizin dəstəyi ilə lazımı nəticəni qazanıb, cütün qalib olacağımıza inanıram”.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right