Qara Qarayev: “Səfərdən pis nəticə ilə qayıtmamışıq”

“Oyun pis alınmadı. Düşünürəm ki, səfərdən pis nəticə ilə qaytımadıq”. Bu sözləri newsport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib. 

O, çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın “Kukesi” klubuna qarşı keçirdikləri matçı dəyərləndirib: “Səfərdə əldə edilən nəticə bizi arxayınlaşdırmamalıdır. Evdə bizi daha gərgin, daha çətin oyun gözləyir. “Kukesi” bundan əvvəlki oyununda da evdə qol buraxmayıb, səfərdə vurduğu qola görə mərhələ keçib. Fikrimcə, ikinci oyun gərgin olacaq.  Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right