"Sabah" İsrail klubunun braziliyalısını transfer etdi

Premyer Liqanın debütantı "Sabah" klubu növbəti transferini reallaşdırıb.  

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi Vanderson Enrike do Naskimento Silvanın keçidini həll edib.  Futbolçu ilə 1 illik müqavilə imzalanıb. 

26 yaşlı futbolçu karyerası ərzində Braziliyanın “Vila Nova”, “San Xose”, “Yuventus”, “Operario”, “Anapolis” klublarında çıxış edib. Vandersonun son komandası İsrail “Bney Saxin”i olub.

Qeyd edək ki, "Sabah" bundan öncə Tərzin Cahangirov,mMəqsəd İsayev, Kərim Diniyev, Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Filip İvanoviç, Elşən Abdullayev, Saşa Stamenkoviç, Elvin Bədəlov, Cavid İmamverdiyev və Vitali Kvaşuk kimi futbolçularla güclənib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right