"Çox ciddi çalışırıq" millimizin baş məşqçisi

“Futbolçularımı növbəti qələbə münasibəti ilə təbrik edirəm. Onlar oyunda verilən tapşırığı maksimum yerinə yetirdilər. Proqrama əsasən, Avropa çempionatının seçmə mərhələsi öncəsi bu təlim-məşq toplanışında işimizin böyük qismini görməliyik. Əsas məqam odur ki, komanda şəklində heç bir boşluq buraxmadan səylə, çox ciddi çalışırıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd  “Qəbələ”nin əvəzedici heyətinə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

"Futbolçulardan Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik və o, oyundan sonra düşərgədən ayrıldı. Ona komandasında uğurlar arzu edirəm. Futbolçular istər milli komandanın düşərgəsində, istər öz komandalarında olsun, daim diqqətimizdə olacaqlar. Növbəti çətin oyunlara hazırlaşacağıq” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right