Rəşad Sadıqovun milliyə qayıdışını şərtləndirən məqamlar

“Neftçi”nin futbolçusu Ruslan Abışovun uzun müddətə sıradan çıxması milli komandamızı çətin vəziyyətə salıb.

Newsport.az-ın məlumatına görə, bu durum Millətlər Liqası öncəsi milli komandamızın baş məşqçisi Qurban Qurbanovu düşündürən məqamlardandır.

Çünki Ruslanın zədə almasından sonra yığmamızın müdafiə xəttində ciddi problem üzə çıxıb.  Qurban Qurbanov Abşovun yoxluğunda təcrübəli Bədavi Hüseynov və gənc futbolçular – Rahil Məmmədovla Bəhlul Mustafazadənin ümidinə qalıb. 

Belə olan halda düşündürücü bir sual ortaya çıxır: Görəsən, “Qarabağ”ın kapitanı, U-20 və U-21 milli komandalarımızın baş məşqçisi Rəşad Sadıqov yenidən milli karyerasını bərpa edəcəkmi? Rəşad bir müddət öncə verdiyi açıqlamada: “Lazım olarsa, yenidən milliyə qayıdaram” deməsi də ehtimalları bir qədər artırır.

Qeyd edək ki, Rəşad Sadıqov Robert Prosineçkinin gedişindən sonra milli karyerasını başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right