Tite məğlubiyyəti şərh etdi

"Bu, böyük oyun idi. Bizim də imkanlarımız az deyildi. Ancaq Belçika qol fürsətlərindən daha səmərəli istifadə etdi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Braziliya millisinin baş məşqçisi Tite  DÇ-2018-in 1 /4 finalında Belçikaya uduzduqları oyundan (1:2) sonra deyib. O, görüşün çox maraqlı keçdiyini bildirib:

“Məğlub olmağımıza baxmayaraq, oyun heyrətamiz idi. Əgər siz bir yaxşı tamaşa izlədinizs, doğrudanda heyrətamizdir. İkinci hissədə demək olar ki, bütövlükdə oyuna nəzarət etdik". 


Tite Braziliya millisindəki gələcək karyerası ilə bağlı danışmaq istəməyib. O, belə bir vaxtda bu məsələyə toxunmaq istəmədiyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right