"Kəpəz"in legioneri "Səbail"ə keçə bilər

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.  

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi son mövsümü "Kəpəz"in heyətində keçirən İqor Korotetskini baxışa dəvət edib. Ukraynalı futbolçunun klubda qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.  Ölkəsinin "Şaxtyor", "Metallurq", "Zarya" kimi klublarında oynamış müdafiəçi özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalayacaq.  

"Səbail" İqor Korotetski ilə yanaşı braziliyalı Lukas Da Silva Nasimento və ukraynalı Hleb Xruşovu baxışdan keçirir. Onların da klubdakı taleyi yaxın günlərdə müəyyənləşəcək.  

Qeyd edək ki, "Səbail" yay transfer dönəmində Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov və Vüqar Bəybalayevı transfer edib.  

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right