"Səbail" Qətər klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini keçəcəyi Türkiyədə yoxlama oyununda ikinci rəqibi bəlii olub.

Newsport.az-ın məlumatına görə, Aftandil Hacıyevin yetirmələri Qətərin Super Liqa təmsilçisi "Əl Şahaniya" klubuyla qarşılaşacaq.

Matç iyulun 15-də saat 16:00-da keçiriləcək.

İyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq və ilk olaraq yerli komanda “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi iyulun 12-də saat 16:00-da keçiriləcək. 

Qeyd edək ki, “Səbail” iki həftəlik Türkiyə toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right