İtaliyalı qapıçı qərarını açıqladı: “Qarabağ”a gəlir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubunun təklif göndərdiyi italiyalı qapıçı Vinçenzo Fiorillo gələcək karyerası ilə bağlı yekun qərar verib.  

Newsport.az-ın məlumatına görə, 28 yaşlı əlcək sahibi çıxış etdiyi “Peskara” klubundan ayrılmayacaq. 

Azərbaycan çempionundan 600 min avroluq təklif alan çərçivə qoruyucusu doğma komandasında qalmağa üstünlük verib.  O, komandanın A Seriyasına qayıtması üçün əlindən gələni edəcəyini bildirib.

“Peskara”nın formasını geyindiyi klublar arasında ən dəyərlisi olduğunu açıqlayan qolkiper, təklifə görə “Qarabağ”a təşəkkür edib.  Fiorillo indiki durumda pulun özü üçün heç bir əhəmiyyət kəsb etmədiyini açıqlayıb.

Vinçenzo “Peskara” nın kapitanı olmaq istədiyini vurğulayıb. Qolkiper bunun arzularından biri olduğunu deyib.   

Qeyd edək ki, Fiorillo 2014-cü ildən “Peskara”da çıxış edir. İtaliyanın gənclərdən ibarət milli komandasının sabiq üzvü karyerası ərzində “Sampdoriya”, “Reccina”, “Spezia”, “Livorno” və “Yuventus” kimi komandalarda forma geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right