“Neftçi”nin 2 rəqibi məlum oldu

“Neftçi”nin iyunun 22-dən iyulun 6-dək Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçiriləcək iki yoxlama oyununda rəqibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 4 yoxlama oyunu keçirməyi planlaşdıran "Neftçi” iyunun 28-də Rumıniyanın "Dunarea Kalarasi” klubuna qarşı, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika”ya qarşı oynayacaq.

Digər iki oyunda olacaq rəqiblərin adlarına yaxın zamanda aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right