Heydər Əliyev kuboku: Mükafatlandırma mərasimi

Naxçıvan Muxtar Respublikasında III Heydər Əliyev Kubokunun açılış və bağlanış mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, açılış mərasimində incəsənət ustaları öz məharətlərini göstəriblər. Daha sonra “Araz Naxçıvan” və MOİK klublarının oyunu reallaşıb. Yekunda isə qalib və mükafatçılara müvafiq medallar təqdim olunub.

Yarışda qalib adını “Şüvəlan” qazanıb. 2-ci yerə “Araz Naxçıvan”, 3-cü yerə isə “Zaqatala” yiyələnib.

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.

Mərasimdən hazırlanmış videoreportajı təqdim edirik.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right