Heydər Əliyev Kuboku: "Şüvəlan" vahid lider oldu

Naxçıvan Muxtar Respublikasında  futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib. 
 
Newsport.az-ın məlumatına görə, ilk turu qələbə ilə başa vuran komandaların qarşılaşmasında "Şüvəlan" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib. Bununla da paytaxt təmsilçisi yarışın qızıl medallarını böyük ölçüdə təmin edib. Artıq 6 xala malik Aqil Nəbiyevin baş məşqçi olduğu komandaya son turda "Zaqatala" ilə görüşdə heç-heçə də kifayət edəcək. 
 
Turun digər qarşılaşmasında isə "Zaqatala" MOİK-ə qalib gəlib. 
 
Heydər Əliyev Kuboku
II tur
"Şüvəlan” - "Araz Naxçıvan” - 2:0
Qollar: Sənan Qocayev, 29. Rəhman Musayev, 48
 
MOİK - "Zaqatala” - 0:1
Qol: Sərxan Abdullayev, 80
 
Xal durumu: "Şüvəlan" - 6, "Zaqatala" 3, "Araz Naxçıvan" - 3, MOİK - 0.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right