"Neftçi" ilk transferini açıqladı RƏSMİ

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

 

Newsport.az xəbər verir ki, sağ cinah müdafiəçisi Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan yeni futbolçumuz, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right