Nazim Süleymanovun ilk transferləri onlar olacaq

Bir müddət əvvəl “Qarabağ”dan ayrılan Əfran İsmayılovun yeni klubunun adı məlum olub.

Newsport.az-ın məlumatına görə, milli komandanın da üzvü olan yarımmüdafiəçi karyerasını “Sumqayıt”da davam etdirəcək. Futbolçu ilə klub arasında razılıq əldə olunub. Yaxın günlərdə müqavilə bağlanacaq.

“Sumqayıt”ın heyətinə cəlb etdiyi daha bir futbolçu isə Elvin Məmmədovdu. Son mövsümü “Qəbələ”də keçirən Elvin də “kimyaçılar”la razılığa gəlib. Onunla da yaxın günlərdə rəsmi müqavilə bağlanacağı gözlənilir.

“Sumqayıt” bir neçə gün əvvəl baş məşqçi postuna Nazim Süleymanovu dəvət edib. Hər iki futbolçu məhz Süleymanovla danışıqdan sonra Sumqayıt təmsilçisində çıxış etməyə razılıq verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right