"Sabah"ın yay planı: İki toplanış, 9 yoxlama matçı

Premyer Liqanın debütantı "Sabah"ın yay hazırlıq planı müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hazırlığın bir hissəsini ölkəmizdə, ikinci hissəsini isə ölkə xaricində keçirəcək. 

Belə ki, komanda iyunun 18-də Bakıda bir araya gələcək və bir həftə seleksiya xarakterli toplanış keçəcək. Həmin dövrdə futbolçular həkim müayinəsindən də keçəcək.

Komanda iyunun 25-dən iyulun 2-ə qədər gündə bir dəfə olmaqla məşqləri davam etdirəcək, üstəlik, bir sınaq görüşü keçirəcək. Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv iyulun 2-dən 13-ə qədər Bakıda ilk toplanışı reallaşdıracaq. Bu toplanış çərçivəsində komanda 3 yoldaşlıq matçı nəzərdə tutulub. 

"Sabah" toplanışın ikinci hissəsini Türkiyənin Bolu bölgəsində keçirəcək. İyulun 16-dan 29-a qədər Boluda olacaq komanda 4 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda  Türkiyə toplanışı başa vurduqdan sonra Bakıda daha bir yoxlama oyunu keçirəcək.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right